PDF Oxu

Mədəniyyət

  • 367

Tahir Salahova “Vətən övladı” ordeni təqdim edilib

Tahir Salahova “Vətən övladı” ordeni təqdim edilib

İyulun 18-də dünya şöhrətli rəssam, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, xalq rəssamı, Dövlət Mükafatı Laureatı, akademik Tahir Salahova "Dədə Qorqud" Beynəlxalq Fondu və "Azərbaycan dünyası" jurnalı tərəfindən "Vətən övladı" ordeni təqdim edilib.

"Azərbaycan dünyası" jurnalının baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov mükafatı dünya şöhrətli sənətkara təqdim edərək bildirmişdir ki, Tahir Salahov bu ordenə türk mədəniyyətinin təbliğində, Azərbaycan incəsənətinin inkişaf etdirilərək dünyada tanıdılmasında xidmətlərinə görə layiq görülüb.

E.İsmayılov, təsis olunduğu 10 ildə sözügedən mükafata görkəmli şəxsiyyətin layiq görüldüyünü vurğulayaraq, deyib ki, bu mükafat xalqın, cəmiyyətin mükafatıdır.

"Vətən övladı" mükafatını yüksək qiymətləndirən T.Salahov bildirmişdir ki, bu, mənim əməyimin xalq tərəfindən qiymətləndirilməsinin nümunəsidir.

Digər xəbərlər