PDF Oxu

Mədəniyyət

  • 539

“Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90” adlı kitabı işıq üzü görüb

“Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90” adlı kitabı işıq üzü görüb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90" adlı kitab çapdan çıxıb. İqtisad elmləri üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin redaktəsi altında nəşr olunan bu kitabda Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Güney Azərbaycanda 1918-1920-ci illərdə baş vermiş xalq hərəkatından bəhs edilir. Həmin hərəkatın 90 illiyi ilə bağlı Şərqşünaslıq İnstitutunda keçirilmiş elmi-nəzəri konfransda oxunmuş məruzələr toplunun əsasını təşkil edir. Bununla birlikdə son illər Xiyabani ilə bağlı İranda çap olunmuş kitablardan müəyyən hissələr, məqalə və xatirələr də kitaba salınıb. Şeyx Məhəmməd Xiyabani ilə bağlı Şimali Azərbaycanda ilk dəfə yazan mərhum ensiklopedik alim Qulam Məmmədli və Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Şövkət Tağıyeva olub. Kitabda onlarla yanaşı, Gövhər Baxşəliyeva, Əli Azəri, Səid Nəfisi, Qafar Kəndli, Seyid Cəfər Pişəvəri, Solmaz Rüstəmova-Tohidi, Əkrəm Rəhimli və başqalarının Xiyabaniyə həsr olunmuş yazıları dərc olunur.

Digər xəbərlər