PDF Oxu

Mədəniyyət

  • 897

Maqdeburq şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Maqdeburq şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının təşəbbüsü ilə Almaniyanın Maqdeburq şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti həmvətənimiz cənab Tengis Sade Baron zu Romkerhall bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələrin çox qədim tarixi var. XIX əsrin sonu - XX əsrin əvvəllərində Almaniya şirkətləri Azərbaycana, xüsusən, onun neft sənayesinə böyük maraq göstərmişlər və burada Azərbaycan sənayeçiləri ilə müştərək neft hasilatı və başqa böyük işlərlə məşğul olmuşlar.

Müasir dövrdə isə başqa sahələrdə də iqtisadi əlaqələrin inkişafı əməli surətdə həyata keçirilir. Almaniyanın bir sıra hökumət rəhbərləri ilə Azərbaycanın dövlət rəhbərləri arasında keçirilən görüşlər və aparılan danışıqlar bu əlaqələrin inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Gecəyə toplaşan qonaqlar Mərkəzi Şuranın prezidenti cənab Tengis Sade Baron zu Romkerhallın fortepiano ifasında "Sarı gəlin", "Qubanın ağ alması", "Azərbaycan" və sairə xalq mahnılarını dinləyiblər.

Digər xəbərlər