PDF Oxu

Mədəniyyət

  • 986

“Biz niyə sevməyək bir-birimizi”

“Biz niyə sevməyək bir-birimizi”

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun "Çaşıoğlu" mətbəəsində çapdan çıxmış "Biz niyə sevməyək bir-birimizi" kitabı və bu nəşrə daxil edilmiş şeirlərinə bəstələnmiş mahnıların audio-diskinin təqdimatı keçirilib.

Mahnıların bəstəkarı Sevda Məmmədli, ifaçısı əməkdar artist İlqar Muradovdur.

Tədbirdə çıxış edən Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət, bəstəkar Vaqif Gərayzadə və başqaları bu layihənin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Mərasimdə əməkdar artist Ağalar Bayramov Zəlimxan Yaqubun şeirlərindən nümunələr səsləndirib.

Yazıçı-publisist Rüstəm Kamal, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xələfli və başqaları kitabın yüksək bədii keyfiyyətindən danışmış, şairin yeni layihəsinin reallaşması münasibətilə təbrik ediblər.

Sonda Zəlimxan Yaqub tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxuyub.

Digər xəbərlər