PDF Oxu

Mədəniyyət

  • 340

Ermənilər Azərbaycan musiqisini erməni musiqisi adı altında təqdim ediblər

Ermənilər Azərbaycan musiqisini erməni musiqisi adı altında təqdim ediblər

Gürcüstan paytaxtında başlayan "Qafqaz ulduzları" adlı beynəlxalq forumda ermənilər Azərbaycan musiqisini erməni musiqisi adı altında təqdim ediblər. Bu barədə Tbilisidə fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblının rəhbəri Ceyran Qurbanova məlumat verib. O bildirib ki, Ermənistandan gələn "Araks", "Axpur" və "Arka" ansamblları ayrı-ayrılıqda canlı olaraq "O olmasın, bu olsun" musiqili komediyasının hamam səhnəsində ifa olunan mahnını ifa ediblər: "Mən bu təxribat barədə forum rəhbərlərinə məlumat verdim. Lakin mənim səsimi eşidən olmadı".

C.Qurbanova Tbilisidə yaşayan ermənilərin də "Ceyran" folklor rəqs ansamblının olduğunu açıqlayıb. C.Qurbanova bu ansamblın da forumda "O olmasın, bu olsun"dan musiqi fraqmentlərini ifa etdiyini diqqətə çatdırıb.

Forum Gürcüstanın "Cadosnuri xmebi" ("Möcüzəli səslər") adlı prodüser şirkəti, "Qvirila" Uşaq Fondu, "Start Travel" adlı turizm şirkəti, Tbilisi meriyası və bir Ermənistan şirkətinin təşkilatçılığı ilə baş tutub.

Digər xəbərlər