"Türk Dünyası İnfo" İctimai Birliyinin (TDİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Heydər Əliyev irsi və türk dünyasının birliyi ideyası mövzusunda yeni araşdırmalar" layihəsi başa çatıb. Bu münasibətlə iyulun 25-də Azərbaycanda Atatürk Mərkəzində "Türk birliyi: dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilib.
Tədbirdə mərkəzin müdir müavini Dəyanət Musayev layihədən danışaraq, bildirmişdir ki, dörd ayda həyata keçirilən layihənin yekunu olaraq "Türk dünyasının birliyi ideyası və Heydər Əliyev" kitabı nəşr edilib. TDİİB-nin sədri, layihə rəhbəri Dəyanət Osmanlı iştirakçılara kitab haqqında məlumat verib. O bildirib ki, kitabda türk dünyasının böyük dövlət və siyasi xadimi Heydər Əliyevin həyat və fəaliyyəti əsasında türk birliyi istiqamətində görülmüş işlərə nəzər salınıb, araşdırma və ümumiləşdirmələr aparılıb. Eyni zamanda, türk birliyi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi də əks olunub. Müxtəlif məqalələrdən ibarət olan nəşrin elmi redaktoru Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovdur.
Konfransda türk mədəni birliyi ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Bütün Polşa onun haqqında danışır...