Avqustun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Kino Gününə həsr olunmuş bədii axşam keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Aynur Əsgərovanın "Səs" qəzetinə verdiyi məlumata görə, builki bayram tədbirinin proqramında dövlət sifarişi ilə "Bizim kino" prodüser mərkəzində istehsal olunmuş rejissor Yavər Rzayevin "İlahi məxluq" bədii filminin nümayişi, "Azərbaycanfilm" kinostudiyasının fondlarında saxlanılan geyimlərdən ibarət "Azərbaycan kino geyimləri" sərgisinin təqdimatı təşkil olunacaqdır.
Peşə bayramı günü bir qrup kino veteranlarına pul mükafatları veriləcək, builki "Bu meydan, bu ekran" müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunacaq.
Bütün Polşa onun haqqında danışır...