Rumıniyanın Mədəniyyət və Milli İrs naziri cənab Hunor Kelemenin 28-31 iyul tarixlərində Bakıya səfər etməsi və səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin cənab Kelemeni qəbul etməsi planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən Günay Qurbanovanın verdiyi məlumata görə, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və s. mövzular müzakirə olunacaq, eləcə də, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Bakıya səfər zamanı nazir Hunor Kelemenin Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməsi, İncəsənət Muzeyinə baxış keçirməyi, İçərişəhər Dövlət Qoruğu ilə tanış olmağı, həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalında qonaq qismində iştirak etməyi planlaşdırılır.
Bütün Polşa onun haqqında danışır...