PDF Oxu

Mədəniyyət

  • 2 865

Seçmə aşıq şeirləri

Seçmə aşıq şeirləri

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Milli sənətə töhfə" layihəsi çərçivəsində "Seçmə aşıq şeirləri" üçcildliyinin birinci cildi çapdan çıxmışdır. Klassik və çağdaş xalq aşıq sənətindən seçmələrin yer aldığı üçcildliyin ilk kitabı 600 nüsxə tirajla nəşr edilmişdir. Bir müddət sonra onun elektron versiyası da saytda yerləşdiriləcəkdir.

"Milli sənətə töhfə" layihəsi çərçivəsində görülən işlərin əsas məqsədi gənc yazarları xalq ədəbiyyatımızla yaxından tanış etmək, eləcə də, Azərbaycan xalqının milli-mədəni irsini qorumaq və təbliğ etməkdir. Kitabın tərtibçi-redaktoru İlqar İlkin, rəyçi professor Nizami Cəfərov, məsləhətçilər xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır.

Xatırladaq ki, aşıq şeirlərindən ibarət toplular silsiləsinin nəşri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Digər xəbərlər