PDF Oxu

Mədəniyyət

  • 318

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş teatr festivalına start verilib

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş teatr festivalına start verilib

Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Üç ay davam edəcək layihənin icraçı direktoru Ramil Ağasıyevin məlumatına görə, layihə üç mərhələdə keçirilir. Avqustun sonunadək davam edəcək birinci mərhələ vətənpərvərlik mövzusunda yazılan ssenarilərin və bu ssenariləri teatrlaşdıracaq yaradıcı kollektivin qəbuludur. Sentyabrdan başlayacaq ikinci mərhələdə isə təsdiq olunan ssenarilər və yaradıcı qruplar festivalda iştirak etmək hüququ qazanacaqlar. Sonda, yəni noyabrda Bakıdakı teatrların birində festival keçiriləcək və festivaldan sonra qaliblərin adları elan ediləcək. Qaliblərə pul mükafatları təqdim olunacaq.

R.Ağasıyev deyib ki, əslində, festivalı keçirməkdə məqsəd gənclərin vətənpərvərlik mövzusuna marağını artırmaqdır: "Əsas iştirakdır. Çünki bu festivalın sonunda Vətənə olan hisslərimizi təkcə özümüz yox, bütün Azərbaycan görəcək".

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunur.

Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını [email protected] - elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər.

Digər xəbərlər