PDF Oxu

Mədəniyyət

  • 279

Mən Azərbaycan haqqında nə bilirəm

Mən Azərbaycan haqqında nə bilirəm

Gənclər və İdman Nazirliyinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə bu ilin yanvar-may aylarında tələbələr arasında keçirdiyi "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda inşa yazı müsabiqəsinin iştirakçıları Şəki şəhərində olublar.

Səfərdə 8 ölkədən - Özbəkistan, Qazaxıstan, Moldova, Avstriya, Malayziya, Polşa, Misir və Küveytdən olan 75 nəfərədək tələbə, habelə, həmvətənlərimiz iştirak ediblər.

Şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərovun sözlərinə görə, iki gün davam edən səfər çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, "Yuxarı Baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Dövlət Rəsm Qalereyası, tarix-diyarşünaslıq və xalq tətbiqi sənəti muzeylərinə baş çəkmişlər.

Qonaqlara Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, özünəməxsus adət-ənənələri, turizm imkanları, gənclərlə bağlı aparılan iş və digər məsələlər barədə ətraflı məlumat verilmişdir.

Digər xəbərlər