PDF Oxu

Mədəniyyət

  • 1 484

“Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə Mingəcevir şəhərinə infotur təşkil ediləcəkdir

“Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə Mingəcevir şəhərinə infotur təşkil ediləcəkdir

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, ekstremal, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar "Turizm ili" çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihənin birgə həyata keçirilməsi planlaşdırılmışdır. Layihənin məqsədi Mingəçevir şəhərinə yerli turizm şirkətlərindən və kütləvi informasiya vasitələrindən ibarət heyət üçün turizm üzrə infotur səfərinin təşkil olunmasıdır.

İnfotur iştirakçılarına Mingəçevir şəhərində turizm potensialını, mövcud infrastrukturu, əsas turizm xidmətlərini nümayiş etdirmək və turizm şirkətləri ilə otellər və olimpiya idman təlim mərkəzi arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi "Millennium" turizm şirkətinin və "Kür" mehmanxanasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə avarçəkmə turizm marşrutunun təqdimatının keçirilməsi də nəzərdə tutulmuşdur.

Məlumat üçün bildiririk ki, cari ilin 30-31 iyul tarixlərində keçiriləcək infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulmuşdur.

Bundan əlavə, turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzi və mehmanxanalarla, eləcə də, mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.


ZÜMRÜD

Digər xəbərlər