PDF Oxu

Mədəniyyət

  • 378

Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycan mədəniyyəti və nar şirələri nümayiş olunub

Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycan mədəniyyəti və nar şirələri nümayiş olunub

"Azəri" Azərbaycan-Yeni Zellandiya Dostluq Cəmiyyəti ötən həftə ərzində Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycanda istehsal olunan nar şirələrini nümayiş etdirib. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Azərbaycanın nar şirələrindən ibarət guşə sərgiyə gələnlərin böyük marağına səbəb olub. "Azəri" Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov Azərbaycana aid stend ətrafında toplaşanlara Azərbaycan barədə məlumat verib. Yeni Zelandiya vətəndaşları ilə yanaşı, sərgiyə gələn əcnəbilər Azərbaycanın nar şirələrindən dadıb və onun keyfiyyətini yüksək dəyərləndiriblər.

Azərbaycan guşəsində nar şirələrini təqdim edən azərbaycanlıların milli geyimdə olmaları qonaqlarda xüsusi maraq oyadıb. Sərgiyə gələnlər bu milli geyimlərin 19-cu əsrə aid olduğunu bildikləri zaman təəccüblərini gizlədə bilməyiblər. Qonaqlar təqribən 150 il əvvəl bu cür milli geyimləri olan xalqın yüksək mədəniyyətin daşıyıcısı olduğu fikrini vurğulayıblar. Sərgiyə gələnlər "Eurovision-2011" Beynəlxalq mahnı yarışmasında Azərbaycanın qələbə qazanmasını da Azərbaycan xalqının zəngin mədəniyyəti və incəsənətindən qaynaqlandığını qeyd ediblər.

Digər xəbərlər