Sentyabr ayının 26-30-da II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınaraq sərgi-yarmarka bu əlamətdar tarixi hadisəyə həsr olunur. Tədbirdə iştirak edəcək təşkilatlar üçün stend sahəsi və avadanlıqlar pulsuz olaraq veriləcək. Sərgi-yarmarka iştirakçıları 2008-2011-ci illərdə buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
Bütün Polşa onun haqqında danışır...