PDF Oxu

Mədəniyyət

  • 304

Təbrizdə qədim bazar YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib

Təbrizdə qədim bazar YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib

Təbrizdə şəhərin qədim bazarının YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi münasibətilə mərasim keçirilib. Mərasimdə İran rəsmiləri, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişlər. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da mərasim iştirakçıları arasında olub.

Tədbirdə məlumat verilib ki, dünyanın daşdan hörülmüş ən böyük qədim qapalı ticarət mərkəzi olan Təbriz bazarı qədimliyinə, nadir memarlıq üslubuna və tarixi İpək Yolunun bir hissəsi olduğuna görə YUNESKO tərəfindən bəşəriyyətin maddi-mədəni irs siyahısına salınıb.

Digər xəbərlər