PDF Oxu

Mədəniyyət

  • 218

Yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq

Yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq

"Nizami" kinoteatrının təmiri başa çatandan və fəaliyyətə başlayandan sonra həftənin müəyyən bir günü yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov məlumat verib.

M. Hətəmovun sözlərinə görə, kinostudiya təmir olunduqdan sonra Azərbaycanın tarixi filmlərindəki geyimlərindən ibarət muzey yaradılacaq: "Biz bu barədə düşünürük. Gərək həmin paltarlar elə vəziyyətdə saxlanılsın ki, gənclər və uşaqlar həmin geyimləri rahatlıqla seyr edə bilsinlər. Burada da iki əsas məqsədimiz var. Bunlardan birincisi bu kimi geyimlərin qorunub saxlanılması, ikincisi, isə uşaqlar üçün tərbiyəvi əhəmiyyət daşımasıdır".

Digər xəbərlər