PDF Oxu

Mədəniyyət

  • 1 536

Eldar Qasımov “Qorxma, mən səninləyəm” filminin davamına çəkiləcək

Eldar Qasımov “Qorxma, mən səninləyəm” filminin davamına çəkiləcək
Azərbaycana "Eurovision-2011" müsabiqəsində qalibiyyət gətirən təmsilçimiz Eldar Qasımov "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsində baş rolu ifa edəcək. Bunu "Exo Moskvı" radiostansiyasının "Difiramb" verilişinin qonağı olan müğənni, bəstəkar, xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. Veriliş boyu yaradıcılığı, bəstələri barədə danışan, dinləyicilərin suallarını cavablandıran P. Bülbüloğlu 1981-ci ildə Yuli Qusmanın quruluş verdiyi "Qorxma, mən səninləyəm" filminin davamı haqda da danışıb. O bildirib ki, filmdə üçlük - Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov və Lev Durov illər sonra yenidən bir araya gələcək. Baş rollardan birini isə Azərbaycanın "Eurovision-2011" təmsilçisi Eldar Qasımov oynayacaq. Bəstəkar özü isə film üçün mahnı bəstələyəcək.

Digər xəbərlər