Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun İnternet sayıtı yaradılıb. Saytda ekspedisiya üzvləri haqqında ətraflı məlumat, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının əvvəlki illərdə gördüyü işlər, Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında aparılan qazıntılar və qalanın tarixi haqqında məlumat yerləşdirilib. İstifadəçilər, həmçinin, saytda qazıntılar nəticəsində üzə çıxarılmış arxeoloji tapıntılar və qazıntı zamanı çəkilmiş foto və video müsahibələrlə tanış olmaq imkanı qazanacaqlar.
Gələcəkdə saytın ingilis və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.
Qeyd edək ki, Şamaxı-Ağsu ərazisində yerləşən abidələri axtarıb tapmaq və onun arxeoloji tərəfdən tam olaraq öyrənilməsini qarşısına məqsəd qoyan ekspedisiya 2009-cu ildən fəaliyyət göstərir.
Bütün Polşa onun haqqında danışır...