PDF Oxu

Mədəniyyət

  • 224

Karikaturaçı rəssam AYACC beynəlxalq karikatura yarışmasına qatılacaq

Karikaturaçı rəssam AYACC beynəlxalq karikatura yarışmasına qatılacaq

Azərbaycanın tanınmış karikaturaçı rəssamı Seyran Cəfərli Polşada keçirilmiş 13-cü "Debuit" Beynəlxalq Karikatura Müsabiqəsinin qalibi olub. Qeyd edim ki, yarışmaya 51 ölkədən 334 karikaturaçı 743 əsərlə qatılıb. Karikaturaçımızın əsəri münsiflər heyəti tərəfindən seçilərək, Polşa Karikatura Muzeyinin xüsusi mükafatına layiq görülüb. Xatırladım ki, bu, Seyran Cəfərlinin indiyədək qazandığı sayca 100-cü mükafatdır.

Bundan əvvəl rəssam Çexiyada keçirilmiş 9-cu Beynəlxalq Karikatura Müsabiqəsində mükafata layiq ilk 5 yerdən birini tutmuşdu. Artıq karikaturaçımız Çində keçiriləcək nüfuzlu AYACC beynəlxalq karikatura yarışmasına hazırlaşır. Müsabiqənin münsiflər heyətində yer alacaq Seyran Cəfərli avqustun 22-də Çinin Çuanji şəhərinə yola düşəcəkdir

Digər xəbərlər