PDF Oxu

Mədəniyyət

  • 102

XI WOMEX - dünya etnik musiqiləri üzrə beynəlxalq sərgi

XI WOMEX - dünya etnik musiqiləri üzrə beynəlxalq sərgi

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov "Qarabağ triosu" ilə birlikdə Danimarkaya qastrol səfərinə hazırlaşır. Danimarkanın paytaxtı Kopenhagendə konsert proqramı ilə çıxışla bağlı Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə, sənətçilər Kopenhagendə keçiriləcək XI WOMEX (World Music Expo) - dünya etnik musiqiləri üzrə beynəlxalq sərgidə iştirak edəcəklər: "Müxtəlif ölkə təmsilçilərinin qatılacağı bu sərgidə Azərbaycan ilk dəfə gedir. Orada iştirak üçün minlərlə ərizə daxil olmuşdu. Gözləmədiyimiz anda bizə cavab gəldi ki, festivala seçilmişik. Təbii ki, çox sevindik. Çünki bu sərgi - festival dünyada məşhurdur". Xanəndənin sözlərinə görə, festivalda həmişəki kimi, "Qarabağ triosu" adı altında çıxış edəcəklər. Qeyd edim ki, XI WOMEX (World Music Expo) - dünya etnik musiqiləri üzrə beynəlxalq sərgi oktyabrın 26-dan 30-a qədər baş tutacaq. Beynəlxalq sərgidə iştirak edəcək trioya xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) daxildir. Artıq festivalın proqramı da hazırdır.

M. İbrahimov onu da bildirib ki, hazırda sərgi təşkilatçıları tərəfindən CD hazırlanır. CD-də hər ölkə təmsilçilərinin ifaları toplanacaq və sərgi iştirakçılarına paylanacaq. Albomda Azərbaycanın "Qarabağ triosu"nun ifasında "Qarabağ şikəstəsi" yer alacaq.

Digər xəbərlər