Goranboy rayonu ərazisində aparılan arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinin yeni səhifələrini açır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardıqları qazıntılar zamanı rayonun Şadıllı kəndi ərazisində XI-XII əsrləri əhatə edən kurqanlar, Kələk kəndi ərazisində isə eramızdan əvvəlki minilliyə, eləcə də, ilk tunc dövrünə aid kürə kompleksləri aşkar edilmişdir.
Rayon mədəniyyət şöbəsinin müdiri Gündüz Hacıyevin verdiyi məlumata görə, qazıntılar nəticəsində torpaq üzərinə çıxarılan kompleksin qədim zamanlarda kərpic hazırlamaq məqsədi ilə inşa olunduğu güman edilir. Tarixi tapıntının özü də məhz bişmiş kərpicdən inşa olunmuşdur. Xüsusi memarlıq üslubunda tikilən kürələrin hava giriş kanalları, nəfəsliklər, sobalar, tağlar, hətta istilik əldə etmək məqsədi ilə yandırılan oduncaqların külü də dövrümüzə gəlib çatmışdır.
Arxeoloji qazıntılar zamanı əldə olunan nadir tapıntıların tədqiq edildikdən sonra qorunması nəzərdə tutulmuşdur.
Bütün Polşa onun haqqında danışır...