PDF Oxu

Mədəniyyət

  • 273

Gənc dramaturqlar üçün ustad dərsləri

Gənc dramaturqlar üçün ustad dərsləri


Onun bildirdiyinə görə, "Mirzə Fətəli Axundzadə dərsləri" gənc dramaturqlara dram əsərləri üzərində yaradıcılıq işini daha geniş və əhatəli, məzmunlu və maraqlı, günün tələblərinə cavab verə biləcək səviyyədə aparmağa böyük imkanlar yaradır.

Növbəti dərslər avqustun 10-da təşkil ediləcək. Həmin gün seçilmiş əsərlər Rusiya Teatr Xadimləri İttifaqında keçiriləcək MDB, Baltikyanı və Gürcüstanın gənc teatr xadimlərinin işlərinə baxış müsabiqəsinə göndəriləcəkdir. Azərbaycandan bu müsabiqəyə 3 əsər təqdim ediləcək.

Qeyd edək ki, bu dərslərin məqsədi 2012-ci ildə anadan olmasının 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb teatrlardan birinin repertuarına daxil etməkdir.

Digər xəbərlər