PDF Oxu

Mədəniyyət

  • 295

Niaqara Musiqi Festivalında həmyerlilərimiz də təmsil olunub

Niaqara Musiqi Festivalında həmyerlilərimiz də təmsil olunub

Kanadada keçirilən Niaqara Beynəlxalq Musiqi Festivalında bu ölkədə yaşayan azərbaycanlı musiqiçilər də iştirak edib. Niaqara şəhərində (Niagara-on-the-Lake) keçirilən festivalda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri tərəfindən Azərbaycan xalq musiqiləri ifa edilib. Niaqara Musiqi Festivalı və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir çərçivəsində gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin əsərlərindən ibarət sərgi də keçirilib. Qeyd edim ki, Niaqara şəhərində avqustun 26-da keçiriləcək Toronto İpək Yolu Kamera Musiqisi Orkestrinin (Toronto Silk Road Chamber Orchestra) konserti zamanı "Beynəlxalq Azərbaycan Muğamı Günü"nün keçirilməsi də planlaşdırılır. Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin Ottavada fəaliyyət göstərən 97.9 FM CHİN radiosunda ölkəmizin mədəniyyəti ilə bağlı müsahibəsi də yayımlanıb.

Digər xəbərlər