PDF Oxu

Mədəniyyət

  • 402

Azərbaycanın iki filmi bərpa edilir

Azərbaycanın iki filmi bərpa edilir

Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birgə Azərbaycanın iki filmini bərpa etdirir. Fondun mətbuat xidmətindən Rəşad Qasımovun verdiyi məlumata görə, filmlərdən biri 1982-ci ildə Elçinin ssenarisi əsasında çəkilən "Gümüşü furqon" filmidir. Filmin quruluşçu rejissoru Oqtay Mirqasımovdur. Bərpa olunan digər film isə "Yay gününün xəzan yarpaqları" adlanır. 1986-cı ildə istehsal olunan filmin rejissoru Tofiq İsmayılovdur. Hazırda bərpa prosesində olan filmlər bu yaxınlarda Azərbaycana gətiriləcək. Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunur.

Digər xəbərlər