PDF Oxu

Mədəniyyət

  • 169

“Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı təklif daxil olunub

“Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı təklif daxil olunub

Azərbaycanın kompyuter avadanlığı istehsalçısı Kür şirkəti "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə Bakının ictimai yerlərində informasiya və internet köşklərinin quraşdırılması ilə bağlı təkliflərini verib.

Bu, turistlərə internet köşklər vasitəsilə hər yerdə internet şəbəkəsindən, eləcə də, informasiya köşkləri vasitəsilə elektron xidmətlərdən istifadə etməyə imkan verəcəkdir. İnformasiya köşklərində istənilən sorğu baza məlumatları, elektron bələdçilər, xəritələr, keçidlərin sxemləri, nəqliyyatın cədvəlini quraşdırmaq, kommersiya reklamını və s. yerləşdirmək olar. İnternet köşklər şəbəkəsinin qurulmasında Wi-Fi-dən istifadə nəzərdə tutulur. Yüksəksürətli internet xəttinə qoşulan qurğu arzu edənləri sürətli rabitə ilə təmin edəcəkdir.

Məlumatların belə terminala daxil edilməsi bilavasitə sensor ekrandan həyata keçirilir. Bunun üçün ekranda virtual klaviatura və ya klaviaturanın digər ayrıca qurğusu görünür.

Digər xəbərlər