"Applied and Computational Mathematics" beynəlxalq jurnalı 2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunmuşdur. Jurnalın fəxri redaktoru İllinoys Universitetinin professoru Tamer Başar, baş redaktorları - akademiklər Əli Abbasov, Fikrət Əliyev (Azərbaycan), professor Vladimir Larin (Ukrayna), aparıcı redaktoru isə fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımovdur. Redaksiya heyətində dünyanın 14 ölkəsindən 24 tanınmış alim təmsil olunmuşdur. Jurnal Azərbaycan elm tarixində ilk dəfə Tomson Röyter Agentliyinin genişləndirilmiş siyahısına daxil edilmiş (2008), daha sonra agentlik tərəfindən verilən təsir əmsalı (İmpact Factor) almışdır (2010).
Bütün Polşa onun haqqında danışır...