Dövlət film Fondundan aldığımız məlumata görə, "Mən sizi dünyalar qədər sevirdim", "Asif, Vasif, Ağasif", "Şir evdən getdi", "Babamın babasının babası", "Şeytan göz qabağında", "Süd dişinin ağrısı", "Təxribat" və "Bəyin oğurlanması" filmlərinin plakatları bərpa olunub. Bərpa olunmuş plakatlar arasında görkəmli müğənni, bəstəkar Müslüm Maqomayevin çəkildiyi "Nizami", "Oxuyur Müslüm Maqomayev" və "Yarımçıq qalmış mahnı" filmlərinin kino plakatları da var. Bu plakatlar Müslüm Maqomayevin doğum günü ilə əlaqədar olaraq bərpa edilib. Fondan onu da bildirdilər ki, Azərbaycan kino sənətində rolu olan sənətkarların şəxsi arxivi ilə Dövlət Film Fondu zənginləşir. Belə ki, bu günlərdə Müslüm Maqomayevin şəxsi fotoarxiv fondu yaradılıb. Dövlət Film Fondunda dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin şəxsi fotoarxiv fondu yaradılıb. Fotoarxiv fonduna Müslüm Maqomayevin çəkildiyi filmlərdən 40-a yaxın fotosənəd və 18 neqativ daxil edilib.
Bu sənədlər Riqa kinostudiyasından, Litvadakı şəxsi arxivdən və sənətçinin çəkildiyi filmlərdən toplanıb. Eyni zamanda, fondda görkəmli kinooperatorlar, əməkdar incəsənət xadimləri Rafiq Qənbərov və Amin Novruzovun çəkdikləri fotoşəkillər də yer alıb.
Bütün Polşa onun haqqında danışır...