PDF Oxu

Mədəniyyət

  • 107

Almaniyada azərbaycanlıların yazılı etiraz aksiyaları davam edir

Almaniyada azərbaycanlıların yazılı etiraz aksiyaları davam edir

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Drezdendə fəaliyyət göstərən Alm-AZ Cəmiyyəti və Maqdeburqdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti sentyabrın 16-dan 22-dək keçirilən Ermənistan mədəniyyəti günləri çərçivəsində "20 il Dağlıq Qarabağ Respublikası" adlı konsert proqramına qarşı etirazlarını bildiriblər. Cəmiyyət Almaniyanın hökumət təşkilatlarına etiraz məktubları ünvanlayıb. Məktubda Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, BMT-nin qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi, Azərbaycan Respublikasının dünyada tolerant bir dövlət kimi tanınması və Azərbaycanda demokratiyanın inkişafı haqda məlumat verilmiş, ermənilər tərəfindən dırnaqarası tədbirlərin qarşısının alınmasının vacibliyi və bu cür haqsızlığa qarşı etiraz öz əksini tapmışdır. Qeyd edək ki, məktubu həmyerlilərimizlə yanaşı, yəhudi və alman icmalarının nümayəndələri də imzalamışlar.

Digər xəbərlər