PDF Oxu

Mədəniyyət

  • 115

Gənc azərbaycanlı baritone beynəlxalq festivalda iştirak edir

Gənc azərbaycanlı baritone beynəlxalq festivalda iştirak edir

Gənc azərbaycanlı bariton, Böyük Teatrın solisti Elçin Əzizov avqustun 20-də Rusiya paytaxtındakı knyaz Qolitsinlərin "Vlaxernskoye-Kuzminki" muzey-malikanəsində açılmış IX Moskva "Zadəgan mövsümü" rus malikanələri musiqisi beynəlxalq festivalında iştirak edir.

Hər il ənənəvi olaraq keçirilən bu festival özünün bütün çoxçalarlılığı ilə seçilən rus malikanə mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Festival rus malikanə musiqisi janrının ənənəvi rəngarəngliyini qoruyub saxlayır.

Avqustun 27-dək davam edəcək festivalda uşaqlar və böyüklər üçün "Sadəcə nağıl deyil" folklor-musiqili tamaşası nümayiş olunacaq, "Blyüzün əks tərəfi" adlı konsert proqramı təqdim ediləcəkdir.

Bayan ifaçılarından ibarət "Rus tembri" ansamblı "Zadəgan mövsümü"nün qonaqları qarşısında çıxış edəcəkdir.

Digər xəbərlər