Səmərqənddə ənənəvi "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalı start götürüb. Festivalda 50 ölkədən müğənnilər və musiqili qruplar iştirak edəcək. Bu nüfuzlu festival hər iki ildən bir Özbəkistanın üçüncü ən böyük şəhəri qədimdə İpək Yolunun məntəqələrindən sayılan şəhərdə keçirilir.
Xatırladaq ki, 2009 cu ildə həmyerlimiz xanəndə Qoçaq Əsgərov Səmərqənd festivalında I yeri tutub. Laureat olduqdan sonra Qoçaq Əsgərov bir sıra Avropa ölkələrində konsert proqramı ilə çıxış etmiş, xaricdə 3 disk buraxmış və mətbuat tərəfindən "ölkənin ikinci musiqili ekspromtu"(Alim Qasımovdan sonra) statusuna layiq görülüb. Bu il Səmərqənddəki sayca 8-ci musiqi festivalında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə xanəndə, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, respublikanın xalq artisti Nəzakət Teymurova və "Xarı bülbül" milli instrumental ansamblı daxildir.
Nümayəndə heyətinə məşhur musiqişünas, sənətşünaslıq namizədi, YUNESKO nun qeyri-maddi mədəni irsi üzrə ekspert Sənubər Bağırova başçılıq edəcək.
Festival çərçivəsində elmi konfransda musiqi prodüsserləri və menecerlər üçün seminar keçiriləcək.
Bütün Polşa onun haqqında danışır...