Gürcüstanın PİK (Qafqaz Birinci İnformasiya) telekanalının "Muğam" sənədli filmi ABŞ-da "Moondance" beynəlxalq kinofestivalında (Moondance İnternational Film Festival) mükafata layiq görülüb.
Azərbaycan musiqisinin nadir janrına həsr olunmuş sənədli film qələbəni "Ən yaxşı qısametrajlı xarici film" nominasiyasında Britaniya istehsalı olan "Evə doğru yol" kinofilmi ilə paylaşıb.
Sentyabrın 16-da Kolorado ştatının paytaxtı Denverdə "Muğam" filminin ilk nümayişi olacaq. Bundan başqa, sentyabrın 18-də Denverdə kinofestival qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Rejissor Aleksandr Qabuniyanın fikrincə, bu film bəşəriyyətin tarixidir.
Bütün Polşa onun haqqında danışır...