Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Yaşar Nurinin 60 illik yubileyi qeyd ediləcək.
Gecədə sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat veriləcək, çəkildiyi filmlərdən və oynadığı tamaşalardan parçalar nümayiş olunacaq.
1974-cü ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ilə Milli Dram Teatrının aktyor truppasına qəbul olunan Yaşar Nuri ötən illər də bu sənət ocağının səhnəsində bir çox tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.
Bütün Polşa onun haqqında danışır...