PDF Oxu

Mədəniyyət

  • 462

Nəzakət Teymurova Daşkənddə konsert verib

Nəzakət Teymurova Daşkənddə konsert verib

Səmərqənddə keçirilən "Şərq təranələri" VIII Beynəlxalq Musiqi Festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatına layiq görülmüş Azərbaycanın xalq artisti Nəzakət Teymurova Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində konsert verib.

Konsertdən öncə Nəzakət Teymurova, "Xarı bülbül" ansamblının üzvləri və Azərbaycan diasporunun nümayəndələri Ulu Öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar. Sonra səfirliyin ikinci katibi Səbuhi Əhmədov qonaqları Mədəniyyət Mərkəzi ilə tanış etmiş, onlar buradakı Heydər Əliyev Muzeyi, Azərbaycan dövlətçiliyi tarixi, Azərbaycan-Özbəkistan tarixi əlaqələri muzeyləri, kino-konfrans zalı, kitabxana, təntənəli mərasimlər salonu ilə tanış olublar.

Mədəniyyət Mərkəzinin böyük konsert salonunda isə qonaqları Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salamlayaraq, Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə təbrikini oxuyub. Səfir Nəzakət Teymurovanı bu mükafat münasibətilə təbrik edərək, ona daha böyük yaradıcılıq uğurları arzulayıb. Sonra Nəzakət Teymurova "Xarı bülbül" ansamblının müşayiəti ilə muğam, xalq mahnıları və təsniflərimizi ifa edib. Muğam ustasının ifasında musiqi nömrələri alqışlarla qarşılanıb.

Digər xəbərlər