PDF Oxu

Mədəniyyət

  • 530

“Ölkəm mənim”

“Ölkəm mənim”

"Turizmə dəstək" gənclər koalisiyasında Azərbaycan mədəniyyəti və turizmi haqqında yeni sayt hazırlanır. Saytın sentyabrın 15-dək istifadəyə verilməsi gözlənilir. Sayta daxil olan hər bir kəs Azərbaycan turizmi və mədəniyyəti haqqında ətraflı məlumat əldə edə biləcək.

Sayt nəinki Azərbaycanda, ümumiyyətlə, dünya mədəniyyəti və turizmində baş verənləri özündə əks etdirəcək, maraqlı materiallarla zəngin olacaq.

Koalisiyanın digər layihəsi isə Azərbaycan turizminin təbliğinə həsr olunmuş "Ölkəm mənim" adlı mahnının ekranlaşdırılmasıdır. Azərbaycan mədəniyyətinə, turizminə, həmçinin, iqtisadiyyatına həsr olunan klipdə 11 muğam ifaçısı və müğənni təmsil olunacaq. Klip yaxın vaxtlarda musiqisevərlərə təqdim olunacaq.

Digər xəbərlər