1986-cı ildə çəkilən "Yay gününün xəzan yarpaqları" filminin bərpası başa çatıb. Filmin bərpası Dövlət Film Fondu və Rusiya Teleradio Fondu ilə birlikdə həyata keçirilib. Fonddan verilən məlumata görə, rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj da olunub və yaxın günlərdə efirə veriləcək. "Yay gününün xəzan yarpaqları" filminin ssenari müəllifi Asim Cəlilov, quruluşçu rejissoru xalq artisti Tofiq İsmayılov, quruluşçu operatoru Valeri Kərimovdur. Baş rolda xalq artisti Siyavuş Aslan çəkilib.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…