PDF Oxu

Mədəniyyət

  • 621

Həmyerlimiz Qran-pri qazanıb

Həmyerlimiz Qran-pri qazanıb

Həmyerlimiz, gənc və istedadlı rejissor Fuad İbrahimbəyov avqustun sonu, sentyabrın əvvəllərində Rusiyanın paytaxtında keçirilmiş "Moskovskaya premyera" kinofestivalının "Art-liniya" müsabiqəsində "Ən yaxşı film" nominasiyasında Qran-pri qazanmışdır. Belə yüksək mükafata layiq görülmüş "Uçur" tammetrajlı filmi quruluşçu rejissor Fuad İbrahimbəyovun və rejissor Sergey Şvıdkoyun debütüdür. Film Olqa Muxinanın eyniadlı pyesi əsasında çəkilmişdir. Filmdə tanınmış artistlər - Aleksandr Ratnikov, Yevgeni Sıqanov, Yevgeniya Osipova, Aleksey Barabaş və başqaları çəkilmişlər. Rejissorlar Fuad İbrahimbəyov və Sergey Şvıdkoy "Uçur" filmi ilə, həmçinin, Smolenskdə keçirilmiş "Qızıl simurq" adlı dördüncü ümumrusiya festivalının "Debüt" nominasiyasında da başlıca mükafata layiq görülmüşlər. Kinofestival RF Mədəniyyət Nazirliyinin və Moskva hökumətinin dəstəyi ilə, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Kinematoqrafçılar İttifaqları Konfederasiyasının iştirakı ilə Moskva şəhərinin mədəniyyət departamenti, "Moskovski komsomolets" qəzeti, "Kinoproses" prodüser mərkəzi tərəfindən təşkil edilmişdir.

Digər xəbərlər