PDF Oxu

Mədəniyyət

  • 115

Odlar diyarının mirvarisi

Odlar diyarının mirvarisi

Sentyabrın 15-də Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış rusiyalı rəssam İrina Zaqovorçevanın əsərlərindən ibarət "Odlar diyarının mirvarisi" adlı sərgi açılacaq. Rəssam bu dəfə bakılı tamaşaçılara qrafika janrında çəkdiyi 20 rəsm əsərini və bir o qədər də fotoqrafiyasını təqdim edəcək. Bu əsərlərə tamaşa edənlər rusiyalı rəssamın bizim şəhərimizə tükənməz sevgisinin bir daha şahidi olacaq, həmçinin, Suraxanıdakı qədim "Atəşgah" məbədinə, Qobustan qayalarına qiyabi ekskursiya edəcəklər.

Qeyd edək ki, İrina Zaqovorçevanın ötən il Bakıya səfərindən sonra Müslüm Maqomayevə həsr olunmuş bir neçə sərgiləri keçirilib. Onların sırasında 2010-cu ilin sentyabrında Varşavada, həmin ilin oktyabrında Moskvada vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq müsabiqəsi çərçivəsində təşkil olunmuş sərgilər xüsusi əhəmiyyət kəsb edir.

Digər xəbərlər