PDF Oxu

Mədəniyyət

  • 342

Həmyerlimiz XI Beynəlxalq “Sozvezdie 2011” musiqi müsabiqəsində qələbə qazanıb

Həmyerlimiz XI Beynəlxalq “Sozvezdie 2011” musiqi müsabiqəsində qələbə qazanıb

İstedadlı vokalçı, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Məhərrəm Hüseynli Ukraynanın Odessa şəhərində ənənəvi olaraq keçirilən XI Beynəlxalq "Sozvezdie 2011" musiqi müsabiqəsində qələbə qazanıb.

M.Hüseynli 13-16 yaş arası yeniyetmələrin musiqi müsabiqəsində qızıl medala və diploma layiq görülüb.

Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın aparıcı mədəniyyət xadimlərinin daxil olduğu münsiflər heyəti festivalda həmyerlimizin səs, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti, repertuar zənginliyini yüksək qiymətləndiriblər.

V.Motsartın "Fiqaronun toyu" operasından Fiqaronun ariyası və Müslüm Maqomayevin repertuarından ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasından olan "Azərbaycan" mahnısı M.Hüseynliyə inamlı qələbə qazandırıb.

Qərbi və Şərqi Avropanın 500-dən çox gəncinin qatıldığı 9-cu Beynəlxalq "Sozvezdie 2011" musiqi müsabiqəsi dörd nominasiyada-vokal, xoreoqrafiya, instrumental və teatr janrında dəyərləndirilib.

Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılığı vasitəsilə Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, yetişməkdə olan gənc nəslin yaradıcı potensialının daha da inkişaf etdirilməsidir.

Digər xəbərlər