PDF Oxu

Mədəniyyət

  • 164

Sankt-Peterburqda Azərbaycan muğamı axşamı

Sankt-Peterburqda Azərbaycan muğamı axşamı

Sankt-Peterburqda Q.R.Derjavinin muzey-malikanəsində XIV beynəlxalq "Early music" qədim musiqi festivalı çərçivəsində Azərbaycan muğamı axşamı təqdim olunub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, muğam axşamı konsulluğun dəstəyi ilə təşkil edilmişdir.

Teyyub Aslanov (xanəndə), Mirnazim Əsədullayev (kamança) və Faiq Çələbidən (tar) ibarət muğam triosunun ifasında gözəl muğam əsərləri səslənmişdir.

Tamaşaçılar arasında Sankt-Peterburqda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, yerli və xarici qonaqlar vardı. Azərbaycanlı ifaçıların çıxışları böyük maraqla qarşılanmış və gurultulu alqışlarla qiymətləndirilmişdir. Rusiya KİV-ləri bu tədbiri geniş işıqlandırmışdır.

Sankt-Peterburdakı Britaniya Şurası tərəfindən təsis edilmiş "Early music" bu gün bütün Şərqi Avropada ən iri qədim musiqi festivalı, Rusiyanın mədəni həyatında mühüm hadisələrdən biridir. Festivalın konsertləri hər il Sankt-Peterburqun ən yaxşı, o cümlədən, saray salonlarında təşkil edilir.

Digər xəbərlər