PDF Oxu

Mədəniyyət

  • 305

Vyana Dövlət Kamera Orkestrinin konsertləri təqdim olunacaq

Vyana Dövlət Kamera Orkestrinin konsertləri təqdim olunacaq

Sentyabrın 20-21-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Vyana Dövlət Kamera Orkestrinin konsertləri təqdim olunacaq.

Filarmoniyadan verilən məlumata görə, bu, məşhur musiqi kollektivinin Azərbaycana ilk səfəridir. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq orkestrin konsertlərində dirijorluğu beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev edəcək. Festivalın təşkilatı dəstəyi Mədəniyyət və Turizm Nazirliyidir.

Digər xəbərlər