PDF Oxu

Mədəniyyət

  • 468

“Ümidlər. İstedadlar. Bacarıqlar” müsabiqəsi

“Ümidlər. İstedadlar. Bacarıqlar” müsabiqəsi

Bu günlərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas məktəb-studiyasının tələbələri pianoçular Vüsalə Babayeva (Aişə Əliyevanın sinfi) və Anna Biryukova (professor Tərlan Seyidovun sinfi) Bolqarıstandan daha bir təntənəli qələbə ilə qayıdacaqlar. Bu şagirdlərin hər il Dobriç şəhərində keçirilən Beynəlxalq Gənc ifaçıların "Ümidlər. İstedadlar. Bacarıqlar" müsabiqəsində sayca üçüncü qələbəsidir.

Beynəlxalq Gənc ifaçıların "Ümidlər. İstedadlar. Bacarıqlar" müsabiqəsində Avropadan, Asiyadan, Şimali və Cənubi Amerikadan, Avstraliyadan olan musiqiçilər iştirak edirdi. Müsabiqənin münsiflər heyətini Bolqarıstandan, ABŞ-dan, Almaniyadan, Rusiyadan və Sloveniyadan olan professorlar və musiqiçilər təmsil edirdi.

Hər zaman olduğu kimi, Azərbaycan təmsilçilərinin proqramına Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, əcnəbi musiqiçilərin marağına səbəb olan Azərbaycan bəstəkarları Arif Məlikov və Qara Qarayevin əsərləri də daxil edilmişdi.

İkinci yaş qrupu üzrə (12-14 yaş) birinci mükafatı qazanan Vüsalə Babayevanın beynəlxalq festivallarda uğurlu çıxışları olsa da, üçüncü yaş qrupunda çıxış edən (15-19 yaş) BMA-nın I kurs tələbəsi Anna Biryukovanın debüt çıxış idi. Annanın müəllimi Tərlan Seyidovun sözlərinə görə, ikinci yer də böyük nailiyyət sayılır: "Anna ilə bütün yayı məşğul olsam belə, onun bu müsabiqədə üçüncü yeri belə götürməsinə əmin deyildim. Amma onu da qeyd etmək lazımdır ki, mənim sinfimə gəlməmişdən öncə Annanın çox gözəl bazası var idi. O, bizim ən yaxşı pedaqoqlarımızdan olan Mədinə Tuayevanın sinfində oxuyurdu. Məktəb studiyanın direktoru olaraq mən Vüsalə Babayevanı və onun müəllimi Aişə Əliyevanı xüsusi olaraq qələbə münasibətilə təbrik edirəm."

Digər xəbərlər