PDF Oxu

Mədəniyyət

  • 109

Yaşar Nuridən gözlənilməz etiraf

Yaşar Nuridən gözlənilməz etiraf

Xalq artisti Yaşar Nuri "ATV-magazin" verilişində gözlənilməz etiraf səsləndirib. Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, maşın sürə bilmirmiş. "Sürücülük vəsiqəm var. Amma ondan istifadə etmirəm. Çünki maşın sürə bilmirəm. Cavanlıqda da bunu bacarmamışam. "Bəyin oğurlanması" filminə baxdıqda buna əmin ola bilərsiniz", - deyə Yaşar Nuri qeyd edib.

Aktyor "Bacanaqlar" serialında çəkilməyə davam edib-etməyəcəyinə də aydınlıq gətirib: "Çəkilmək istəyirəm. Sadəcə gözləyirəm ki, Elməddin mənə bu təkliflə müraciət etsin. O, sağalmağımı gözləyirdi. Artıq sağlamam".

Digər xəbərlər