PDF Oxu

Mədəniyyət

  • 75

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın “EMI Music Germany” şirkəti ilə müqavilə imzalayıb

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın “EMI Music Germany” şirkəti ilə müqavilə imzalayıb

Kölndə təşkil olunmuş tədbirdə 270-ə yaxın mətbuat nümayəndəsi, eləcə də teleaparıcılar iştirak etmişlər. Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın "EMI Music Germany" şirkəti ilə müqavilə imzalamışdır. AzərTAc müğənninin rəsmi internet saytına istinadla xəbər verir ki, müqavilədə müğənninin üç albomunun hazırlanması nəzərdə tutulmuşdur. Əməkdaşlığın başlanmasına həsr olunmuş mərasimdə Emin Ağalarov Böyük Britaniyada sevilən "Obvious" və "Just for one night" mahnılarını ifa etmişdir. Kölndə təşkil olunmuş tədbirdə 270-ə yaxın mətbuat nümayəndəsi, eləcə də teleaparıcılar iştirak etmişlər. Emin Ağalarov jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən bildirmişdir ki, "EMI Music Germany" kimi böyük şirkətlə əməkdaşlıq etmək onun üçün Almaniya, Avstriya, İsveçrə və digər ölkələrin yeni musiqi auditoriyasına sahib olmaq, eləcə də olduqca peşəkar komanda ilə işləmək deməkdir.

Digər xəbərlər