PDF Oxu

Mədəniyyət

  • 371

İrina Perlova anıldı

İrina Perlova anıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlovanın anım mərasimi gerçəkləşib. Mərhum rejissorun vəfat etməsinin ildönümünə həsr edilmiş mərasimdə, həmçinin, mərhum rejissorun şeirlərindən ibarət kitabının təqdimatı baş tutub. Tədbir əməkdar artist Şövqi Hüseynovun aparıcılığı ilə keçirilib. Giriş sözü ilə çıxış edən Ş.Hüseynov İrina Perlovanın həyat və yaradılığına nəzər salaraq, onun Kamera və Gənc Tamaşaçılar Teatrındakı əhəmiyyətli mövqeyini diqqətə çatdırıb.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxışında sənətdə olan insanların adi insanlardan fərqləndiklərini, bu fərqin həmin sənətkarların dünyalarını dəyişdikdən sonra daha da qabarıq şəkildə hiss olunduğunu diqqətə çatdırıb və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova insanın adının onun dediyi sözlər, yazdığı kitablarla əbədiləşdiyini, gələcək nəsillər tərəfindən hər zaman anılaraq yad edildiyini vurğulayıb.
Jurnalist Qalina Mikaladze kitabda yazılan hər sətirin mənasının gələcəyə aid olduğunu, nəşri oxuyan hər kəsin özü üçün maraqlı bir fikri kəşf edəcəyini deyib. Daha sonra İ.Perlovaya həsr edilən "Sonuncu məkan" verilişi nümayiş etdirilib. Sonda mərhum rejissorun qızı tədbiri təşkil edən hər kəsə dərin minnətdarlığını bildirib.
Xatırladaq ki, 1991-ci ildə Bakı Kamera Teatrı fəaliyyətə başlayanda rejissor kimi dünya klassikasından iyirmi tamaşaya quruluş verən İ.Perlova Moskvada, Rusiyada və İranda keçirilən beynəlxalq teatr festivallarında diplomlara və "Qızıl" medallara layiq görülüb. Azərbaycan milli teatr sənəti sahəsindəki xidmətlərinə görə İ.A.Perlova 1981-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. O, 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Digər xəbərlər