Azərbaycanla Bolqarıstan arasında əlaqələrin genişlənməsi ölkələrin turizminə də təsirini göstərir. Belə ki, ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov və Azərbaycan Respublikası mədəniyyət və turizm naziri arasında iki ölkənin turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Son zamanlar Azərbaycanın turizm sənayesində böyük irəliləyişlərin olması, ölkə rəhbərliyinin dəstəyi ilə ciddi islahatların aparılması bolqarıstanlı nazirin diqqətinə çatdırılıb. Azərbaycan ilə Bolqarıstan arasında olan mədəni əlaqələrin xoş mühit yaratdığı, ölkələrimizin tarixi-mədəni inkişaf yolunun oxşar olması xalqların bir-birinə daha da yaxınlaşması üçün zəmin yaradır. Son illər ölkəmizdə keçirilən genişmiqyaslı beynəlxalq festivallar, forumlar haqqında şəhərimizin qonağının diqqətinə çatdırılır. Görüş çərçivəsində bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstan nümayəndə heyətinin fəal iştirakı diqqətə çatdırılıb. Bununla yanaşı, yaxın vaxtlarda ölkəmizdə Bolqarıstan Mədəniyyət Günlərinin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın turizm şirkətləri ilə Bolqarıstan turizm şirkətləri, eyni zamanda, dövlət qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Azərbaycanda salınan "Şahdağ yay-qış turizm komleksi" nə bolqarıstanlı turistlərin səfəri də nəzərdə tutulur.
Bütün Polşa onun haqqında danışır...