PDF Oxu

Mədəniyyət

  • 1 196

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda yeddinci beynəlxalq folklor konfransı keçiriləcək

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda yeddinci beynəlxalq folklor konfransı keçiriləcək

Cari ilin dekabrında Şimali Kiprin Qazimağusa şəhərində AMEA Folklor İnstitutu və Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" mövzusunda yeddinci beynəlxalq folklor konfransı keçiriləcək.

Folklor İnstitutunun mətbuat xidmətindən aldığımız məlumata görə, 2003-cü ildən ardıcıl olaraq keçirilən konfransın əsas məqsədi türk xalqları arasındakı tarixi əlaqələri bir daha nümayiş etdirmək, Avrasiyada baş verən hadisələrin mədəniyyətimizdəki və folklorumuzdakı təsirini elmi baxımdan araşdırmaq, bu araşdırmalar nəticəsində əldə olunan yeni bilgi, açıqlama və nəticələri türk və dünya alimlərinin nəzərinə çatdırmaqdır.

Konfransa türk xalqlarının folkloru və folklorşünaslığın aktual problemlərini araşdıran mütəxəssislər və tədqiqatçılar qatıla bilərlər.

Qeyd edək ki, bu il keçiriləcək konfrans "Türk nağılları: dil, mədəniyyət və dəyərlər" mövzusuna həsr olunacaqdır. Konfransa təqdim olunacaq materiallar "Türk mədəniyyətini və dəyərlərini özündə yaşadan nağıllar", "Türk nağıllarının dil özəllikləri", "Türk nağıllarının qonşu xalqlara təsiri", "Yazılı ədəbiyyata türk nağıllarının təsiri", "Türk dili və türk mədəniyyəti" yarımbaşlıqlara uyğun olmalıdır.

Digər xəbərlər