Görkəmli rusiyalı balerina, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Dövlət Akademik Böyük Teatrının xoreoqrafı Lyudmila Semenyaka Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət olunub.
Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, Lyudmila Semenyaka sentyabrın 26-dan 30-na kimi şəhərimizdə olacaq, truppada ustad dərsləri keçirəcək, aparıcı solistlərlə fərdi şəkildə məşğul olacaq, ayrı-ayrı klassik balet tamaşalarında onların ifa etdiyi partiyalarda ustalıqlarını daha da təkmilləşdirəcək.
Lyudmila Semenyakanın Bakıya səfəri, heç şübhəsiz ki, teatrın yaradıcı fəaliyyətində önəmli hadisə olub, balet truppasının professional səviyyəsinin yüksəlməsinə böyük fayda verəcək.
Teatr rəhbərliyi gələcəkdə də klassik balet üzrə ən tanınmış mütəxəssislərin ustad dərslərini keçirmək üçün dəvət olunması istiqamətində işləri davam etdirəcək.
Bütün Polşa onun haqqında danışır...