PDF Oxu

Mədəniyyət

  • 301

II Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası

II Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası

Sentyabrın 28-30 tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir. Tədbirdə 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edəcək.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan Sərgi-Yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də, ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdiriləcək. Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid "Heydər Əliyev Sarayı", "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı", "Azərbaycan Dövlət Kukla Teatrı", "Azərbaycan Dövlət Film Fondu", "Azərbaycan Dövlət Rus Dram Teatrı" kitablarının, digər bir sərəncama əsasən işıq üzü görən 150 cildlik "Dünya ədəbiyyatı" seriyasından nəşri başa çatmış kitabların, Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabının təqdimat mərasimləri, "Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" mövzusunda simpozium, "20 ilin ədəbi mənzərəsi"- Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa, Taras Şevçenko və Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə, "Qızıl Kəlmə" Ədəbi Mükafatı laureatları və Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlər keçiriləcək.

Digər xəbərlər