PDF Oxu

Mədəniyyət

  • 557

Qoçaq Əsgərov “Debütlərin Birliyi” Beynəlxalq Müsabiqəsinin laureatı seçilib

Qoçaq Əsgərov “Debütlərin Birliyi” Beynəlxalq Müsabiqəsinin laureatı seçilib

Rusiya Federasiyasının Moskva şəhərində MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən "Debütlərin Birliyi" Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib.

Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin təsviri sənət şöbəsinin müdiri Natiq Səfərov və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri İdris Əliyev daxil idi. Müstəqil Dövlətlər Birliyinin tarix-mədəniyyət ili çərçivəsində MDB-yə üzv dövlətlərin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulmuş "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin reqlamentinə əsasən seçim bu nominasiyalar üzrə aparılıb:-"Tədqiqat və kəşf","Dirçəlmə və mühafizə", "Maarifləndirmə və populyarlaşdırma". Azərbaycan Respublikası, Belarus Respublikası, Ermənistan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Ukrayna və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təmsilçilərindən təşkil edilən münsiflər heyəti hər nominasiya üzrə üç laureat və diplomantları müəyyən etməli idi.

Digər xəbərlər