PDF Oxu

Mədəniyyət

  • 246

2011-ci il Rusiyada Müasir Azərbaycan Mədəniyyəti Mövsümü

2011-ci il Rusiyada Müasir Azərbaycan Mədəniyyəti Mövsümü

Dünən Azərbaycan Dövlət Rəqs Ansamblı Rusiya paytaxtında konsert proqramı ilə çıxış edib. Çaykovski adına Sarayda keçirilən konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən "2011-ci il Rusiyada Müasir Azərbaycan Mədəniyyəti Mövsümü" çərçivəsində təşkil olunub. İki böyük hissədən ibarət olan konsert proqramında İ.Stravinskinin "Müqəddəs bahar", bəstəkar Eldar Mansurovun "Azərbaycan", "Qılıncla rəqs", "Odlar Yurdu", Aygün Səmədzadənin "Lirik rəqs", milli rəqslər - "Uzundərə", "Nəlbəki", "Vağzalı" və digər rəqslər ifa olunub.

Digər xəbərlər